Xəbər lenti

Ramil Usubov Milli Qəhrəmanın oğluna yeni vəzifə verdi
Ölkə10:00 02.09.2016

Ramil Usubov Milli Qəhrəmanın oğluna yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub. 22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun oğludur.(report)

Qaynarinfo.Az