Xəbər lenti

Ramil Usubov nazir qardaşı oğlunu polis rəisi təyin etdi
Ölkə13:14 04.09.2017

Ramil Usubov nazir qardaşı oğlunu polis rəisi təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.

"Qaynarinfo" “Report”a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Qaynarinfo.Az