Xəbər lenti

Ramil Usubov polkovniklə kapitanı işdən qovdu - SƏBƏB
Ölkə11:21 01.04.2017

Ramil Usubov polkovniklə kapitanı işdən qovdu - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov və həmin bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımovun işdən çıxarılmasının əlavə təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, R.Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidmət yerini tərk edib. Bundan sonra o, özünü Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçirib. R.Qasımov fahişəliklə məşğul olan iki qadına özünü İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra qadınları İAQMBA-nın yaxınlığına aparıb. Qadınlar R.Qasımova yalvararaq ona rüşvət təklif edib. Bundan sonra R.Qasımov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşının İAQMBA əməkdaşı olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan sonra R.Qasımov vəzifədən qovulub. Onun rəisi polis polkovniki Ceyhun Hüseynov isə işçisinə lazımi qaydada nəzarət edə bilmədiyinə görə vəzifədən azad edilib.
Qaynar.Az