Xəbər lenti

Ramil Usubovdan polisləri narazı salan SƏRƏNCAM
Ölkə07:04 29.03.2014

Ramil Usubovdan polisləri narazı salan SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təqaüddə olan polislərin pulsuz müalicə hüququ ləğv edildi

Daxili işlər naziri Ramil Usubov polis sistemində narazılığa səbəb olan sərəncam imzalayıb. Qaynar.info xəbər verir ki, bu barədə “Azadlıq” qəzeti xəbər yayıb.

Xəbərə görə həmin sərəncam daxili işlər orqanlarının təqaüddə olan əməkdaşlarının DIN-in nəzdindəki tibb ocaqlarında pulsuz müalicəsinin ləğvi barədədir. Nazir sərəncamı martın 19-da imzalayıb. Məlumatda deyilir ki, təqaüddə olan polis əməkdaşları ilə yanaşı hazırda daxili işlər orqanlarında işləyənlər də bu sərəncamdan narazılıq edirlər.

Məsələ ilə bağlı DIN-dən mövqe öyrənmək mümkün olmayıb.

Qaynar.info