Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurub.
TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.
Xatırladaq ki, R.Bayramlı və Z.Əliyev ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.