
Dünən “Qarabağ”la Azərbaycan final oyunu “Neftçi”nin dayaq yarımmüdafiəçisi Erik Ramos üçün sonuncu olub.
Qaynarinfo.az xəbər verir ki, matçdan sonra "CBC Sport"a açıqlama verən paraqvaylı futbolçu “Neftçi”ni tərk edəcəyini deyib:
“Artıq 4 ildir ki, burdayam. Bu mənim “Neftçi”nin heyətində sonuncu oyunum idi. Getmək vaxtı gəlib çatıb”.
Qeyd edək ki, paraqvaylı futbolçu oyunun 120-ci dəqiqəsində məğlubiyyətlə barışmayaraq rəqibin ispan oyunçusu Dani Kintananın ayağına güclü zərbə endirib və nəticədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qaynarinfo.az