
Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.
"Qaynarinfo.Az" xəbər verir ki, yaxın zamanlarda şəhid polkovnik-leytenatın həyatından bəhs edən sənədli film çəkiləcək.
Bu barədə "Qaynarinfo.Az"a kinoşünas, rejissor Aydın Dadaşov məlumat verib.
Aydın Dadaşov bildirib ki, o çox igid bir insan olub:"Raquf Orucovu biz gəncliyindən tanıyırıq və fəaliyyətinə bələdik. Fikrimiz var ki, şəhid polkovik haqqında sənədli film çəkək. Materialların çoxu əlimizdə var. Yeni çəklişlər də aparırıq".
Qeyd edək ki, Raquf Orucovun xatirəsi bu gün dəfn edildiyi Sumqayıt şəhərində yad edilib. Şəhidin ailəsi ölümündən sonra Raquf Orucova Milli Qəhərman adı verilməsi ilə bağlı İlham Əliyevə müraciət ediblər.
Qaynarinfo.Az