Xəbər lenti

Rasim Əliyevi döyənlərdən daha biri futbolçu imiş?
İdman13:40 11.08.2015

Rasim Əliyevi döyənlərdən daha biri futbolçu imiş?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rasim Əliyevi döyənlərdən daha biri futbolçu imiş?

Bildiyiniz kimi, jurnalist Rasim Əliyevin döyülməsində iştirak etmiş 6 nəfərin rəsmən istintaqa cəlb olunduğu açıqlanıb. Bunlar Cavid Hüseynov və Elşən İsmayılovla yanaşı, Camal Məmmədov,  Arif Əliyev,  Kənan Mədətov və Samir Mustafayevdir. Tutulanlardan Elşən İsmayılovun əvvəllər "Qəbələ" və AZAL-ın əvəzedici komandasında oynadığından məlumatınız var.

Qaynar.info xəbər verir ki, istintaqa cəlb olunmuşlardan Camal Məmmədovun futbolçu olması da istisna deyil.

Belə ki, 1995-ci il sentyabrın 18-də doğulmuş Camal Məmmədov adlı futbolçu "Neftçi"nin sabiq yetirməsidir və əvvəllər "Xəzər Lənkəran", "Rəvan" və "Simurq"un əvəzedici komandasında çıxış edib. Müdafiəçi olan Camal ötən mövsüm "Turan Tovuz" kimi tanınan komandada oynayıb.

Bu futbolçunun indi harda olmasını dəqiqləşdirmək məqsədilə "Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. O, Camalın hazırda komandada olmadığını bildirdi: "Bildiyiniz kimi, "Turan Tovuz"da rəhbərlik dəyişib. Ona görə də komanda yenidən yığılır. Yenicə məşqlərə başlamışıq. Hazırda Camal bizim komandada deyil. Onun hara keçməsi haqda da məlumatım yoxdur. Onu deyə bilərəm ki, Camal aqressiv futbolçu olsa da, hər şeyə burnunu soxan oyunçu deyildi. O, səhv etmirəmsə, Dəvəçi-Siyəzən bölgəsindən idi".

Sonda onu qeyd edək ki, bu sadəcə bir ehtimaldır. Ola bilər ki, hazırda saxlanılan Camal Məmmədov futbolçu deyil.

Qaynar.info