Xəbər lenti

Rauf Əliyev 7 aydan sonra əsas komandaya dönür
İdman12:27 14.04.2016

Rauf Əliyev 7 aydan sonra əsas komandaya dönür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin sabiq hücumçusu Rauf Əliyev uzun müddətli zədədən sonra əsas komandaya dönüb. O, "Kəpəz"lə 2 gün sonra keçiriləcək matçda meydana çıxa bilər.

Qaynar.info xəbər verir ki, bu barədə "İnter"in gürcü baş məşqçisi Zaur Svanadze bildirib:

“Oyuna ciddi hazırlaşırıq. Bizi “Kəpəz”lə çətin oyun gözləyir, bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar. Əlavə etmək istəyirəm ki, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbah Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadır. Bildiyiniz kimi, Rauf Əliyev artıq komandayla məşq edir və “Kəpəz”lə oyunda ilk "18-liy"ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sesar Mesa Kolyidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXX turunun Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "İnter" oyunu aprelin 16-da keçiriləcək. Saat 13:30-da başlayacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Onu da bildirək ki, Rauf Əliyev IV turun sentyabrın 12-də keçirilmiş "İnter" - "Qəbələ" matçında (2:1) rəqiblə toqquşma zamanı zədələnmiş və 76-cı dəqiqədə meydanı həkimlərin köməkliyi ilə tərk etmişdi.

Qaynar.info