Xəbər lenti

Rauf Məmmədov Çində Azərbaycan bayrağını belə qaldırdı - VİDEO
İdman07:30 08.03.2016

Rauf Məmmədov Çində Azərbaycan bayrağını belə qaldırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Huaian şəhərində ümümdünya intellektual oyunları proqramında  keçirilən şahmatın blits növü üzrə də yarışlar başa çatıb.
 
Qaynar.info xəbər verir ki, yarışın qalibi həmyerlimiz, beynəlxalq qrossmeyster  Rauf Məmmədov olub. Aktivinə 19.5 xal yazan şahmatçımız qızıl medala layiq görülüb. 

2-ci yerə 18.2 xalla Rusiya şahmatçısı Yevgeni Tomaşevski , 3-cü yerə isə 18 xalla  Hindistanlı Pentala Harikrişna çıxıb.

Digər təmsilçimiz,    Şəhriyar Məmmədyarov isə 14.5 xalla  9-cu yerin sahibi olub.

Qeyd edəki, intellektual oyunlarda bu ikinci qızıl medalımız oldu. İlk qızıl medalı  sürətli şahmat  üzrə  qalib olan Şəhriyar Məmmədyarov qazanıb.

Qaynar.info