Xəbər lenti

Rauf Mirqədirovun atası prezidentə müraciət etdi
Ölkə07:04 23.04.2014

Rauf Mirqədirovun atası prezidentə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlətə xəyanət ittihamı iləhəbs edilən tanınmış jurnalist Rauf Mirqədirovun atası HəbibullaMirqədirov prezident İlham Əliyevə açıq məktub yazıb.

Jurnalistinatasının Musavat.com-a təqdim etdiyi məktubu olduğu kimi təqdim edirik:

Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdəhəyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətənmüharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm.Çox çətində olsa bu müsibətləri yaşamışam. Amma bugün mənim və ailəminhəyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özüdə elə ağırbir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. MöhtərəmPrezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyatyoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzüalanda sizə, balalarınıza dua edir. Biz bu yaşda heç kəsə möhtacolmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səsvermişik. Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki,təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətiribçıxaracaqsınız. İnşallah belə də olacaq. Möhtərəm Prezident, mənim oğlumRauf Mirqədirov gözəl təhsil almış, “Həsən Bəy Zərdabi” mükafatçısı,“İlin jurnalisti” və sair mükafatların sahibi, AzərbaycanRespublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətinisevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz,  edəbilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm.Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cıilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş,hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb “atmayın, dincəhalidir” deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhərəcən mən,anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmigəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərətorpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi:“Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər”. Mən oməqaləni indi də saxlamışam. Rauf  dövrün tarixini yazırdı.

Haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulanaqədər sutkanın yarıdan çoxunu kampüter qarşısında oturub müstəqildövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir,məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır.Demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesabetdiklərimizi  məndə, anası da ona demişik. Elə yazısı olub ki, heçbəyənməmişik, üstünə təpinmişik. Möhtərəm prezident məlumdur,  uca Allahmüxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətininsaflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsəkönlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyəborcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim buyaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizəoğlumuza qovuşdurun. Ümidimiz sizədir!
Qaynar.info