Xəbər lenti

Rauf Vəliyevin adı Panama sənədlərində - FOTO
Ölkə06:58 19.05.2016

Rauf Vəliyevin adı Panama sənədlərində - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Panama sənədlərində adı keçən Rauf Vəliyev adlı şəxsin "Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədri olduğu ehtimal olunur.

Qaynarinfo.az vizual.az-a istinadla xəbər verir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda bu ad-soyad yer alıb. Gələn məlumatlarda güman olunur ki, sənədlərdə adı olan şəxs məhz elə qurum rəhbəridir.

Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.

Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verəcəyik.

Qeyd edək ki, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.

R.Vəliyevin 2000-ci ildə Braxon Group S.A şirkətini yaradan zaman bu qurumda çalışması və birdən-birə belə yüksək vəzifəyə təyinatı da maraq doğuran məqamlardan biridir.

Xatırladaq ki, siyahıda offşor zonalarda hesab, müəssisə və ya mülkləri olan həmyerlilərimizin adları qeyd olunub.

Ümumilikdə siyahıda 127 nəfərin adı var. Onların içində ölkənin tanınmış biznesmenləri, hətta yüksək ranqlı məmurların adı var.

Qaynarinfo.az