Xəbər lenti

Rayola açıqladı: "Halandın bu yay getmək şansı böyükdür"
İdman09:09 11.12.2021

Rayola açıqladı: "Halandın bu yay getmək şansı böyükdür"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erlinq Halandın agenti Mino Rayola Dortmund "Borussiya"sının ulduzunun gələn yay "Mançester Siti"yə keçəcəyinə eyham vurub.
Qaynarinfo xəbər verir ki, "Mançester Yunayted", "Çelsi", "Real", "Liverpul", "Bavariya", PSJ və "Barselona" kimi Avropa nəhənglərinin diqqət mərkəzində olan 21 yaşlı norveçli hücumçunun müqaviləsində 63 milyon funt-sterlinqlik sərbəst qalma maddəsi olduğu bildirilir. Bundesliqa nəhəngi Çempionlar Liqasında uğursuz çıxış etdiyindən Lidsdə doğulmuş forvardın gələn il "Borussiya"dan ayrılma ehtimalı yaranıb. Rayola son illərdə 5 dəfə çempionluq yaşayan "Mançester Siti"nin hazırda Halandı transfer etmək baxımından daha ideal vəziyyətdə olduğunu deyib.
O açıqlamasında bunları bildirib:
"Mançester Siti" son illərdə beş dəfə çempionluq qazandı, bu, "Mançester Yunayted"dən əhəmiyyətli dərəcədə çoxdur. İki ildir ki, düşünürük. Halandın hara getməsi barədə dəqiq düşünməliyik. Bazara o qədər də önəm vermirik. "Bavariya", "Real". "Barsa", "Mançester Siti" - bunlar onun gedə biləcəyi klublardır. Nə vaxt? Bəlkə bu yay, bəlkə növbəti. Amma onun bu yay getmə şansı böyükdür".
Səbuhi Həsənov