Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, qurum rəsmisi Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında bunun sanitar-epidemioloji vəziyyətdən asılı olduğunu bildirib:
"Rayonlara gediş-gəliş və ölkə sərhədlərinin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır".
O deyib ki, mütəxəssislər gediş-gəlişin əhali üçün təhlükəli olmamasını nə zaman mümkün hesab etsələr, bu barədə qərar veriləcək.