Onlar qatarla yol getməyin daha təhlükəsiz və rahat olduğunu düşünürlər. Bu səbəbdən də reyslərin tez bir zamanda bərpa olunmasını istəyirlər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda ölkədə dəmiryol nəqliyyatı infrastrukturunda əsaslı təmir işləri aparılır. Bir sıra istiqamətlərdə sabit cərəyandan, dəyişən cərəyan sisteminə keçid üzrə işlər görülür, elektrik xətləri, işarəvermə və rabitə sistemləri, o cümlədən stansiyalardakı inzibati binalar təmir edilir. Kompleks tədbirlər planı tamamlandıqca ölkədaxili sərnişin daşımalarının bərpası növbəli şəkildə gündəmə gələcək.