
Qeyri-sabit hava şəraiti qarşıdakı 2 gün ərzində də davam edəcək
Ölkənin şimal bölgəsində qarlı, şaxtalı hava şəraiti müşahidə olunur. Günün 2-ci yarısından başlayaraq Quba, Qusar rayonlarında qarlı hava qeydə alınıb.
İstiPress-in şimal bürosunun verdiyi xəbərə görə, havanın temperaturu da xeyli aşağı düşüb, avtomobil yolları yenidən buz bağlayıb. Quba ərazi hidrometeorologiya idarəsindən hazırda -2 və -3 dərəcə şaxtanın müşahidə olunduğu bildirilib.
Temperaturun daha da aşağı düşəcəyi deyilir. Qeyri-sabit hava şəraiti qarşıdakı 2 gün ərzində də davam edəcək.
Qaynarinfo.Az