Xəbər lenti

"Real" 11-ci dəfə İspaniya Super Kubokuna sahib çıxdı (VİDEO)
İdman05:24 13.01.2020

"Real" 11-ci dəfə İspaniya Super Kubokuna sahib çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya Super Kubokunda final oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, həlledici qarşılaşmada Madrıd təmsilçilər - "Real" və "Atletiko" üz-üzə gəlib. 
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kral Abdulla Sports Siti" stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb. 
Qarşılammaın 115-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq, "Real"ı azlıqda qoyub. Bununla belə, "Kral Klubu" penaltilər seriyasında daha dəqiq olaraq, qalib gəlib - 4:1. Beləliklə, "Real" tarixində 11-ci dəfə İspaniya Super Kubokuna yiyələnib.
Qeyd edək ki, "Real"a Super Kuboka qatılmaq üçün 7 milyon avro, "Atletiko"ya 4 milyon avro ödənilib. "Kral Klubu" qələbə qarşılığında daha 3 milyon avroya sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv isə finalçı kimi daha 2 milyon avroya yiyələnib.
<iframe width="640" height="421" src="https://hdmacozeti.allstreamup.com/embed/9sENACl82o" style="border:none;" allowfullscreen="">