Xəbər lenti

"Real" da "Barselona"nın üzləşdiyi qalmaqalla bağlı mövqeyini açıqladı
İdman08:16 13.03.2023

"Real" da "Barselona"nın üzləşdiyi qalmaqalla bağlı mövqeyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real" rəhbərliyi "Barselona"ya qarşı irəli sürülən korrupsiya iddiaları ilə bağlı açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, "Barselona"nın La Liqada hakim qalmaqalı ilə bağlı iddiaların ardından prezident Florentino Peres və klubun digər idarəçiləri təcili şəkildə bir araya gələrək görüş keçirib. Madrid klubunun məsələ ilə bağlı bəyanatında "Biz "Barselona"nın keçmiş rəhbərlərinə qarşı ittihamları, Arbitraj Şurasının keçmiş vitse-prezidenti Neqreyra ilə münasibətlərdəki korrupsiya iddiasını eşitmişik və qiymətləndirmişik. İddiaların ciddiliyi ilə bağlı narahatlığımızı, ədalətə inamımızı bir daha bildiririk" deyilir. 
İclasda "Barselona" ilə bağlı iddiaları qiymətləndirən "Real" rəhbərliyi İspaniyada ədalət təmsilçilərinin işinə güvəndiklərini açıqlayıblar. 
Əyalət Prokurorluğu Hakimlər Texniki Şurasının (CTA) keçmiş vitse-prezidenti Xose Maria Enrikes Neqreyraya məxsus şirkətə pul ödədiyi iddia edilən "Barselona"ya və həmin dönəmlərdə kluba rəhbərlik edənlərə qarşı cinayət işi qaldırıb. Maliyyə Nazirliyinin vergidən yayınma şübhəsi ilə Neqreyraya məxsus "DASNIL 95 SL" şirkəti ilə bağlı bəzi hesabları araşdırdıqdan sonra ortaya çıxan bilgilərdən sonra bu şirkətə etdiyi ödənişlərə görə Kataloniya klubu məhkəməyə verilib. "Barselona"nın 2001-2018-ci illər arasında Hakimlər Texniki Şurasına ümumilikdə 7,3 milyon avro ödədiyi və bunun müqabilində hakimlər haqqında məlumat aldığı iddia edilir.
Səbuhi Həsənov