Xəbər lenti

“Real”ın futbolçuları həbs olundu
İdman06:33 15.09.2023

“Real”ın futbolçuları həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real”ın üç futbolçusu azyaşlı qızla cinsi əlaqədə olduğu iddiası ilə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, klubun adı açıqlanmayan gənc futbolçuları Kanar adalarında polisə şikayət nəticəsində həbs olunub. İspaniya polisi, sözügedən futbolçuları azyaşlının əks olunduğu seksual videonu yaymaq ittihamı ilə həbs edib.
"El Confidencial”ın xəbərinə görə, həbs olunanlar gənclər akademiyasının, ehtiyat və üçüncü komandanın futbolçularıdır. Onlar azyaşlı qızın anası tərəfindən polisə şikayət edilib. Futbolçular videonu azyaşlının razılığı olmadan mobil mesajlaşma proqramı "WhatsApp” vasitəsilə paylaşıblar.
"Real” rəsmiləri hələlik məsələ ilə bağlı şərh verməyib.
Səbuhi Həsənov