Xəbər lenti

"Real"ın futbolçuları və məşqçiləri "Santyaqo Bernabeu"nun qazonundan narazıdır
İdman14:02 10.04.2024

"Real"ın futbolçuları və məşqçiləri "Santyaqo Bernabeu"nun qazonundan narazıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real Madrid"in futbolçuları və məşqçilər korpusu "Santyaqo Bernabeu" stadionun qazonunun keyfiyyətindən narazı qalıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub əməkdaşları ötən il də analoji problemi qeyd etsə də, bu müddət ərzində heç bir həll yolu tapılmayıb. Qeyd olunur ki, Çempionlar Liqasının "Mançester Siti" ilə son oyunundan sonra klubun mütəxəssisləri qazondakı problemləri müəyyən etmək üçün onun vəziyyətini təhlil etmək məqsədilə torpaq nümunəsi götürüblər.
Çempionlar Liqasının ilk 1/4 final oyunu çərçivəsində "Real Madrid" "Mançester Siti"ni qəbul edib. Görüş 3:3 hesabı ilə başa çatıb. Cavab oyunu aprelin 17-də Mançesterdə baş tutacaq. 
Aydın