İspaniyanın Zorakılıq, İrqçilik, Ksenofobiya və İdmanda Dözümsüzlük üzrə Dövlət Daimi Komissiyası "Malyorka" - "Real" matçında qonaqların futbolçusu Vinisius Junioru irqi zəmində təhqir edən bir azarkeşi cərimələyib və onun stadionlara girişinə qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, fevralın 5-də İspaniya La Liqasında keçirilən "Malyorka" - "Real" matçında Madrid klubunun braziliyalı futbolçusunu tribunadan irqi zəmində təhqir etdiyi aşkarlanan azarkeşlə bağlı Ali İdman Şurasının komissiaysı qərarını açıqlayıb. Komissiya irqçi hərəkətə yol verən azarkeşlərə 4 min avro cərimə ilə yanaşı, 12 ay müddətində bütün idman yarışlarına getməsinə qadağa qoyub.
Sözügedən azarkeşlə bağlı İspaniya polisi 3000 avro cərimə və 6 aylıq idman yarışlarına qadağa qoyulmasını tələb etmişdi. Digər tərəfdən komissiya liqada martın 19-da oynanılacaq "Barselona" - "Real" matçını "yüksək riskli" elan edib.
Səbuhi Həsənov