İspaniya La Liqasında II turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Madrid "Real"ı səfərdə "Real Sosyedad"la münasibətlərinə aydınlıq gətirib. 6 qolun vurulduğu qarşılaşmada, paytaxt təmsilçisi erkən qollarla irəli çıxsalar da, ev sahibi komanda qələbə qazanıb - 4:2.
"Barselona" isə səfərdə "Vilyareal"la üz-üzə gəlib və Kataloniyalılar minimal hesabla qələbə qazanıb - 0:1. Matçda yeganə qolu 81-ci dəqiqədə Sandro vurub.