Xəbər lenti

İdman 16:08 22.07.2024

"Real Madrid"in ulduzu 230 milyon avrodan imtina etdi

"Real Madrid"in braziliyalı vingeri Vinisius Junior İngiltərə nəhəngi "Mançester Yunayted"in təklifini rədd edib.

Qaynarinfo "Defensa Central"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçuya 200 milyon avro maaşla 5 illik müqavilə təklif olunub və transferin dəyəri 230 milyona çata bilər. Lakin Vinisius Junior "Real Madrid”də oynamaq istədiyi üçün bundan imtina edib.

"Karyeramın bu mərhələsində pul mənim üçün ən vacib şey deyil", -  "Defensa Central” Viniciusun sözlərindən sitat gətirir.

Qeyd edək ki, ötən mövsüm Vinisius "Real Madrid"in heyətində 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->