Xəbər lenti

İdman 19:02 09.07.2024

"Real Madrid" Lunin əvəzinə Portuqaliya millisinin qapıçısını ala bilər

Portuqaliya millisinin qapıçısı Dioqo Kosta "Real Madrid"ə keçə bilər. 

Qaynarinfo AS-a istinadən xəbər verir ki, klub onu ukraynalı qapıçı Andrey Luninin əvəzinə transfer etməyi nəzərdən keçirir.

Mənbənin sözlərinə görə, Lunin "Kral Klubu”nda qalmaq və eyni zamanda oyun praktikasına sahib olmaq istəyir. "Real Madrid"in məşqçilər korpusu ona belçikalı Tibo Kurtuadan sonra ikinci qapıçı kimi ümid bəsləyir. Belə ki, Lunin komandadan ayrılsa, onun yerinə cari Avropa çempionatında Sloveniya ilə penaltilər seriyasında 3 dəfə 11 metrlik zərbəni dəf edən "Portu”nun qapıçısı Dioqo Kosta alına bilər.

Kostanın alınmasına mane olan əsas məsələ təzminat ola bilər: onun müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsinin olduğu bildirilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->