Xəbər lenti

İdman 13:00 26.01.2024

"Real Madrid" Mbappeyə nə qədər maaş təkilf edir?

"Real Madrid" PSJ və Fransa millisinin futbolçusu Kilian Mbappeyə böyük maaş təklif etməyə hazır deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Nəşrin məlumatına görə, ispan klubu fransalı forvardı braziliyalı Vinisius Junior və ya ingilis yarımmüdafiəçi Jude Bellinqhemdən əhəmiyyətli dərəcədə çox maaş verməyəcək. Bu oyunçular mövsümdə təxminən 10,5 milyon avro qazanırlar.

Yanvarın 25-də "Bild" qəzeti Mbappenin "Real Madrid"dən ildə 70 milyon avro istədiyini yazmışdı. Bununla belə, ispan klubu ona bunun yarısı qədər maaş təklif etməyə hazırdır.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid"lə müqaviləni razılaşdırdığını bildirib. Lakin səs-küylü transfer baş tutmayıb.

Mətbuatda yayılan xəbərlərə görə, forvard 2023-cü ilin yayında PSJ-dən loyallıq bonusları almaq istədiyi üçün Madrid klubuna keçməkdən imtina edib.

Bu mövsüm Mbappe Liqa 1-də 16 matçda iştirak edib, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->