Xəbər lenti

"Real Madrid" ukraynalı qolkiperi təcrid edəcək
İdman07:14 30.05.2024

"Real Madrid" ukraynalı qolkiperi təcrid edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real Madrid" Çempionlar Liqasının Dortmund "Borussiya"sı ilə final oyunundan əvvəl ukraynalı qapıçı Andrey Lunini təcrid etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Madrid Universal" məlumat yayıb. 
Bu qərar mayın 27-də Luninin hərarətinin yüksəlməsi ilə bağlıdır. Klub onun digər oyunçuları yoluxduracağından ehtiyat edir. Qapıçı Çempionlar Liqasının finalı üçün komanda ilə Londona uçmayacaq. Luninin iyunun 1-də keçiriləcək oyun üçün tam sağalacağı və matçda iştirak edə biləcəyi gözlənilir.
COPE-nin jurnalisti Migel Anxel Diaz ukraynalının vəziyyəti ilə bağlı yazıb:
"Lunin B qripi ilə xəstədir və çox güman ki, heç kimə yoluxmamaq üçün sabah komanda ilə Londona gedə bilməyəcək. Daha sonra onun komandaya qoşulması üçün cəhd ediləcək".
Aydın