Madrid "Real"ı 2021-2022 mövsümünü 13 milyon avro gəlirlə bağladığını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə açıqlamada xalis klub dəyərinin 546 milyon avro olduğu bildirilib.
Direktorlar Şurasının iclasında təsdiqlənən iqtisadi məlumatlara görə, "Covid-19"un 2020-ci ilin martından 30 iyun 2022-ci il tarixinədək gətirdiyi gəlir itkisinin 400 milyon avroya çatmasına baxmayaraq, bərpa prosesi başlayıb, əvvəlki mövsümlə müqayisədə (69 milyon avro) 2021-2022-ci maliyyə ili üçün əməliyyat gəlirinin 722 milyon avroya çatdığı bildirilib.
"Real" həmçinin ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"nun təmiri layihəsi istisna olmaqla, klubun nağd pul balansının 425 milyon avro olduğunu açıqlayıb.
Klub xalis borcunu 310 milyon avroya endirdiyini də qeyd edib.
İspaniyada maliyyə feyr-pley qaydalarını ən yaxşı yerinə yetirən klublardan biri olan "Real"ın maliyyə qurumları üçün ən yüksək kredit keyfiyyətinə sahib olduğu göstərilir.
Səbuhi Həsənov