Xəbər lenti

"Real"ın baş məşqçi postuna əsas namizəd: argentinalı mütəxəssis
İdman13:27 31.05.2018

"Real"ın baş məşqçi postuna əsas namizəd: argentinalı mütəxəssis

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zinəddin Zidanın istefasından dərhal sonra "Real"ın yeni baş məşqçisinin kimliyi ilə bağlı iddialar səslənməyə başlayıb.
Qaynarinfo İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, bu posta əsas namizəd "Tottenhem"in alışdırıcısı Maurisio Poçettinodur.
Argentinalı mütəxəssis bir neçə gün əvvəl İngiltərə klubu ilə yenəi müqavilə imzalayıb. Lakin onun müqaviləsində belə bir bənd var ki, "Real" və PSJ-dən təklif gələcəyi halda müəyyən məbləğ ödənməklə klub onun gedişinə icazə verəcək. "Kral Klubu" rəhbərliyinin komandanı çalışdırmağa ən layiqli namizədin Maurisio Poçettino olduğunu düşünür.