"Real"ın braziliyalı ulduzu Kasemiro İspaniya mətbuatına müsahibəsində Lionel Messi ilə bağlı fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, Madrid klubunun müdafiəçisi Çempionlar Liqasında qarşılaşacaqları PSJ-nin argentinalı superulduzu Messini tərifləyib.
"Futbolu sevirsənsə, Messini də sevəcəksən. O, tarixin ən yaxşı üç oyunçusundan biridir. Messinin yoxluğu hər zaman nəzərə çarpır. "Barselona”da nəyi təmsil etdiyini nəzərə alsaq, onu diqqətdən kənarda saxlamaq mümkün deyil. Messi onu görən hər kəsin aşiq olduğu aktyordur. "Barselona"dan ayrıldıqdan sonra komanda üçün nə qədər vacib olduğunu görə bilərsiniz. Buna görə də o, klubun simvolu idi.
Çox vaxtımız qalmayıb, amma PSJ ilə matça hazır olacağıq. Çünki Messini mən təkbaşına dayandırma bilmərəm. Komanda yoldaşlarım mənə kömək etməli olacaqlar. PSJ-yə qarşı gözəl oyun keçirəcəyik”.
Kazemiro Messi və Ronaldonun futbolu dəyişdiyini də deyib:
"Messi və Ronaldo futbolu dəyişib. Onlardan əvvəl bombardirlər 20-25 qol vururdular. İkisi gələndən sonra bu rəqəm 40-50 və 60-a yüksəldi. Onlar qeyri-mümkün görünən işi bacardılar və bu idman növünü dəyişdirdilər. Kriştiano Ronaldo "Real"da oynadığı dönəmdəkindən daha çox qol vurub. Bu çılğınlıqdır".
Səbuhi Həsənov