Xəbər lenti

İdman 16:05 12.07.2023

Reanimasiyaya yerləşdirilən məşhur qapıçı ilə bağlı açıqlama verildi

"Ayaks"ın əfsanəsi, bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən Edvin Van der Sarın həyat yoldaşı məşhur qolkiperin durumu ilə bağlı açıqlama verib. 

Qaynarinfo-nun məlumatına görə, "Ayaks”, "Mançester Yunayted” və Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar Xorvatiyada tətidə olarkən beyninə qan sızıb. O, helikopterlə xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həyat yoldaşı Annemari keçmiş qolkiperin durumu ilə bağlı açıqlamasında onun reanimasiyada müalicəsinin davam etdiyini, həyati təhlükəsinin olmadığını və hər dəfə görüşəndə ünsiyyət qurmağı bacardığını deyib. 

Doqquz il "Ayaks”da oynadıqdan sonra 1999-cu ildə "Yuventus”a keçən Van der Sar, daha sonra "Fulhem” və "Mançester Yunayted”in formasını geyinib. 

Karyerası ərzində 2 dəfə Çempionlar Liqasının qalibi olan əfsanəvi qapıçı dörd dəfə Premyer Liqa və Erediviziya çempionu olub. 52 yaşlı Van der Sar 2012-ci ildə "Ayaks"ın marketinq direktoru kimi Niderlanda qayıdıb və dörd il sonra baş direktor təyin edilib. Mayın sonunda o, bu vəzifədən istefa verib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->