Xəbər lenti

Rəbiyyə Orucova Azərbaycanın ilk "Dəmir Qadın"ıdır
İdman14:47 04.04.2022

Rəbiyyə Orucova Azərbaycanın ilk "Dəmir Qadın"ıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəbiyyə Orucova Azərbaycanda ilk "Dəmir Qadin" oldu.
Qaynarinfo xəbər verir ki, idmançımız Port Elizabetdə (Cənubi Afrika) keçirilən «Isuzu Ironman» turnirində uğurla çıxış edib. 
O, 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla tam "dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. İdmançımız öz yaş kateqoriyasında (35-39 yaş arası idmançılar) 18-ci nəticə göstərərək, qadınların təsnifatında 91-ci, turnirdə 617 iştirakçı arasında 435-ci olub. 
Orucova «Triterra Baku Triatlon Klubunun» nümayəndəsidir. Onun məşqçisi Aleksandr Mordasovdır.
«Triterra» 2017-ci ildə Rüfət və Yusif Həsənov qardaşları tərəfindən yaradılıb. Triterra Baku Triatlon Klubunun yaradılmasında məqsəd Azərbaycanda həvəskar idmanı inkişaf etdirmək və "Dəmir adamlar” yetişdirməkdir. 2018-ci ildən Triterra Baku Triatlon Klubu PMD Group-un fəal dəstəyi ilə müntəzəm olaraq həvəskar triatlon və açıq suda üzgüçülük startlarını keçirir.
Fürsətdən istifadə edərək, "Triterra Baku Triatlon Klubu” göstərdikləri köməyə və dəstəyə görə Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyevə və ölkə Velosiped İdmanı Federasiyasının rəhbəri Mədət Quliyevə dərin minnətdarlığını bildirir.
Səbuhi Həsənov