Xəbər lenti

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutdu
İdman19:22 04.10.2021

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.
Qaynarinfo xəbər verir ki, Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.