Xəbər lenti

Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verdi (AÇIQLAMA)
Ölkə16:45 18.01.2023

Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verdi (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında ölüm hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, Abdıyev Elçin Nadir oğlu təhsil idarəsində olarkən dünyasını dəyişib.
Regional Təhsil İdarəsi  hadisə ilə bağlı açıqlamasında  bildirib ki, 18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşmiş, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişmişdir. 
Q.R