Prezident İlham Əliyevin tapşırığı ilə 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı hazırlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Nazir qeyd edib ki, proqram üzərində iş başa çatmaq üzrədir.
Qeyd edək ki, 2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib və onlardan 2-nin icrası yekunlaşıb. Bu proqramlar çərçivəsində regionlara 70 milyard manat sərmayə yatırılıb.