Xəbər lenti

Rəhim Qazıyev ifadə verdi- YENİLƏNİB
Ölkə12:01 12.04.2013

Rəhim Qazıyev ifadə verdi- YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş müdafiə naziri Rəhim Qazıyev Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun şikayəti əsasında Səbail Rayon Polis İdarəsinə çağırılıb.
 
R. Qazıyevin APA-ya verdiyi məlumata görə, onu idarə rəisi İlqar Mahmudov qəbul edib. Onun sözlərinə görə, müdafiəçiləri Namizəd Səfərovun və Qurban Məmmədovun idarəyə gələ bilməməsi səbəbindən dindirmə aparılmayıb.

 R. Qazıyev qeyd edib ki, hazırda proses təhqiqat mərhələsindədir və o şikayət üzrə ittiham olunan tərəf kimi dindirilmir: “Hazırda cinayət işi açılmayıb və mən şahid qismində təhqiqata cəlb olunmuşam”.
 
R. Qazıyev ittiham tərəfi ilə ötən gün üzləşmə olduğunu da söyləyib: “Təhmasib Novruzov şikayətdə yazdığının üzərində durdu, mən isə ittihamları rədd etdim və onu vurmadığımı söylədim”.

***

15:11

Sabiq müdafiə naziri Rəhim Qazıyev bu gün saat 13.00-da Bakı şəhər prokurorluğa çağırılıb. Bu barədə sabiq nazir özü məlumat verib. 


Xatırladaq ki, bir neçə gün əvvəl R.Qazıyev Səbail rayon polis idarəsinə çağırılmışdı. Qazıyevin idarəyə çağırılmasına səbəb bir il əvvəl Təhmasib Novruzovla debat zamanı yaranmış insident olmuşdu. Sabiq nazirin prokurorluğa da eyni səbəbdən çağırıldığı güman edilir. /azadliq.info/