Xəbər lenti

Rəis oğlunun "Range Rover"i qəzadan sonra bu hala düşdü - VİDEO
Ölkə13:50 05.08.2016

Rəis oğlunun "Range Rover"i qəzadan sonra bu hala düşdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli-Kürdəmir avtomobil yolunun Allahmədətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qaynarinfo.Az Region TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Möhübbət oğlu Hüseynov idarə etdiyi "Range Rover" markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Avtomobil hərəkət zolağından kənara çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Anar Hüseynov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-in təqaüddə olan polkovniki, vaxtilə Yasamal və Lənkəran rayonlarının polis rəisi işləmiş, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.

Qaynarinfo.Az