Xəbər lenti

Çörək bahalaşacaqmı? - RƏSMİ
Ekonomiks10:50 15.11.2014

Çörək bahalaşacaqmı? - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Çörəyin qiymətinin qaxlması gözlənilmir". Bu barədə azvision.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Nazirli rəsmisi bildirib ki, çörəyin qiymətinin artacağı ilə bağlı yayılan xəbərlər doğru deyil: “Tarif Şurası çörəyin qiymətini tənzimləmir. Ancaq strateji məhsul olduğuna görə, çörəyin həm qiymətinə, həm də keyfiyyətinə ciddi nəzarət olunur. Çörəyin qiymətinin qalxması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Bu məsələ gündəlikdə deyil”.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan hökuməti un ixracını azaldacaqlarını açıqlayıb. Bu səbəbdən Azərbaycanda çörəyin qiymətinin bahalaşacağı gözlənilir.

Qaynar.info