Xəbər lenti

Çörək və quş ətinin satışı ƏDV-dən azad edilir
Ölkə11:40 14.12.2016

Çörək və quş ətinin satışı ƏDV-dən azad edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır.

Qaynarinfo.Az trend-ə istinadən xəbəbr verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir bildirib ki, buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ilin yanvarında buğdanın idxalı və satışı, həmçinin un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonunadək başa çatmalıdır.

Qaynarinfo.Az