Xəbər lenti

Rektor əlaçı tələbələrə pul mükafatı verdi  (FOTO)
Ölkə16:02 07.02.2020

Rektor əlaçı tələbələrə pul mükafatı verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb, fakültələr üzrə nəticələr artıq məlumdur.
AzMİU-dan Qaynarinfo-ya verilən məlumata görə, bütün imtahanları uğurla verib bu sınaqdan üzüağ çıxıb əlaçı olanlar, əlaçı olmaq istəsələr də, zərbəçi statusu qazananlar və təbii ki, imtahandan kəsilən tələbələrimiz də var.
Sevindirici haldır ki, bu semestr 35 tələbəmiz qış imtahan sessiyasını uğurla başa vuraraq "əlaçı” adını qazanıb.
Universitetdə əlaçı tələbələrin sayı üzrə siyahıya bu semestr Memarlıq, İnşaat və Tikinti-iqtisad fakültələri liderlik liderlik edir, necə deyərlər, payız sessiyası bu fakültələr üçün çox uğurlu olub. Fakültədən aldığımız məlumata görə, bakalavr pilləsində oxuyan .... imtahanlarda uğurlu nəticə göstərərək əlaçı adını qazanıblar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu gün həm bakalavr, həm magistr səviyyəsində 2019-2020-ci tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında qeyd edib ki, əlaçı tələbələrə Fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək.
Təbriklərdən sonra Fəxri Fərman və diplomların verilməsi mərasimi başlayıb. Rektor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, fakültə dekanları və Magistratura Mərkəzinin rəhbəri əlaçı və zərbəçi tələbələri təbrik edib, mükafatlarını veriblər.