Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə "Vintertur"a qalib gəlib.
Qaynarinfo xəbər verir ki, qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Renat komandasının ikinci qolunun müəllifi olub.
Qeyd edək ki, bu Renatın mövsümdə 7-ci qoludur.
Xallarını 37-yə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.