İdman 22:10 23.10.2023

Reqbi matçından əvvəl tabloda göstərilən şəkil aləmi qarışdırdı (FOTO)

ABŞ-da Miçiqan universiteti reqbi matçından əvvəl Adolf Hitlerin şəklini tabloda göstərildiyi üçün üzr istəyib .

Qaynarinfo-nun məlumatına görə, şənbə günü axşam Miçiqan ştatı ilə Spartalılar arasında keçirilən futbol matçında nasist Almaniyasının diktatoru Hitler və onun doğulduğu yer olan Avstriya tabloda göstərilib. Görüntülər matç öncəsi keçirilən əyləncəli suallar müsabiqəsi çərçivəsində lövhədə yerləşdirilib. Suallardan biri də Hitlerin doğulduğu yerlə bağlı olub.

Universitet tərəfindən yayımlanan bəyanatda "İnstitusional dəyərlərimizi təmsil etmədiyi üçün nümayiş olunan məzmuna görə dərin təəssüf hissi keçiririk" - sözləri yazılıb. Açıqlamada gələcəkdə oxşar problemlərin yaşanmaması üçün elektron lövhələrdə nümayiş etdiriləcək məzmunlara daha ciddi nəzarət ediləcəyi də bildirilib.

Universitet şəkillərin və sualların üçüncü şəxs tərəf hazırlandığını bildirsə də, şirkətin adı ilə bağlı məlumat paylaşmayıb.
 


Səbuhi Həsənov