Xəbər lenti

Rəqib futbolçunun formasını götürəni tribunadan atdılar - FOTO
İdman12:42 25.04.2016

Rəqib futbolçunun formasını götürəni tribunadan atdılar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə çempionatının "Trabzonspor" - "Fənərbaxça" matçında daha bir olayın yaşandığı üzə çıxıb.

Qaynarinfo.az xəbər verir ki, görüşün 73-cü dəqiqəsində oyundan çıxan "Fənərbaxça"nın portuqaliyalı futbolçusu Nani formasını VİP Tribunasında əyləşmiş bir "Trabzonspor" fanatına verib.

Həmin vaxt hesab 4:0 qonaqların xeyrinə olduğundan, bu addımı "Trabzonspor"lu fanatlar yaxşı hal kimi qəbul etməyib və hirsli tərəfdarlar Naninin formasını alan azarkeşi vurmağa başlayıblar. Onlar hətta forma alan azarkeşi tribunadan atıblar. Həmin gözü dönmüş azarkeşlər formanı meydançaya tullayıblar. "Fənərbaxça"nın meneceri Hasan Çətinkaya isə formanı yerdən götürərək yenidən onu Naniyə qaytarıb.

Qaynarinfo.az