Rəqqasə Fatimə sosial şəbəkədə qızdırmalı halda toy aparmasının etiraza səbəb olmasına aydınlıq gətirib.
Sənətçinin köməkçisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fatimə Fətəliyeva COVID deyil:
"Test verilib, yoxlanılıb, COVID deyil. Qızdırması, halsızlığı vardı. Ev yiyəsindən pul almısansa və COVID deyilsənsə, həmin günü tədbiri aparmalısan. Tədbiri necə təxirə salmaq olar? Bütün nəsil-nəcabət toya hazırlaşır, onu necə təxirə salmaq olar? İkinci Fatimə yoxdur axı”.
Qeyd edək ki, rəqqasə Fatimə xəstə, qızdırmalı halda toy apardığını bildirib. Bu isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Sənətçinin qızdırmalı halda toy aparmasına etiraz edən istifadəçilər qızdırma içində məclisə getdiyinə görə onu qınayıb.
Bahar Rüstəmli