Xəbər lenti

Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olundu
İdman10:07 07.01.2025

Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Yığmanın sabiq üzvü ilə müqavilənin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, R.Eyyubov futbolçu karyerası ərzində "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz”, "Qəbələ”, "Sumqayıt”, "Neftçi”, "Sabah” və "Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis "Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.