Xəbər lenti

Rəşad Həsənov həbsdə qaldı
Ölkə15:14 06.06.2013

Rəşad Həsənov həbsdə qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdəki NİDA üzvü Rəşad Həsənovun bu gün məhkəməsi olub. Bu barədə Elitar.Az saytına NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Turqut Qəmbər məlumat verib: “Rəşad Həsənovun vəsatəti təmin olunmadı”.

Məhkəmə saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində baş tutub. Şikayət Rəşad Həsənovun həbs müddətinin uzadılmasından verilmişdi.

Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.