Xəbər lenti

Rəşad Nəbiyev “Azercell”in rəhbərləri ilə görüş keçirdi
Ekonomiks14:19 23.08.2022

Rəşad Nəbiyev “Azercell”in rəhbərləri ilə görüş keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqust ayının 22-si "Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirib.
"Azercell”dən Qaynarinfo-ya verilən məlumata görə, R.Nəbiyev "Azercell”in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinlədi. Nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla tanış oldu. Bu layihə 4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verildi.
Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq "Azercell”in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı. Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir.
Şirkətin perspektiv planlarına gəlincə, nazirə əminliklə bildirildi ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.
Nazir "Azercell” komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.