Xəbər lenti

Rəşad Sadıqov: "Qələbəni qaçqınlara həsr edirik"
İdman07:12 29.08.2014

Rəşad Sadıqov: "Qələbəni qaçqınlara həsr edirik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Avropa Liqasının qrup mərhələsinə düşmək üçün lazım olan nəticəni qazandıq”.

Bu sözləri "Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Bakıda komandanı qarşılayan jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiyəçi qrup mərhələsinə ciddi hazırlaşacaqlarını bildirib: "Çox sevinirik, şadıq. Azərbaycan xalqını sevindirdik. Bu qələbəni qaçqınlara həsr edirik. Çalışacağıq ki, daha yaxşı hazırlaşıb, uğurumuzun davamını gətirək”.

 Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsində Hollandiya "Tvente"sini iki oyunun nəticəsində üstələyərək, qrup mərhələsinə yüksəlib. //sportnet.az

Qaynar.info