Xəbər lenti

Rəşad Sadıqov: "Ürəyimdən keçən o idi ki..."
İdman11:54 14.03.2022

Rəşad Sadıqov: "Ürəyimdən keçən o idi ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun "Qəbələ" - "Zirə" (0:0)  matçından sonra fikirlərini bildirib.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib: 
"Qəribə oyun alındı. Bir sutkadı ki, oyun bitmirdi. Hava şəraitinə görə oyun 65-ci dəqiqədə dayandırıldı. Belə məqamlarda komandanı konsentrasiyada saxlamaq çətindi. Hər iki komandanın futbolçularını təbrik edirəm. Açığı, ürəyimdən də keçən o idi ki, matç bərabərliklə bitsin. Futbolçuların əziyyətinə adamın heyfi gəlir, kiminsə məğlub olmasını istəmirdim. Hava şəraiti çox ağır idi. Bu gün hər iki komanda əziyyət çəkdi, hər iki komandanı təbrik edirəm. Oyun haqda çox danışılacaq bir şey yoxdu. İstər dünən, istər bu gün komandandaların qol epizodları oldu. Ədalətli nəticə heç-heçə idi".
Səbuhi Həsənov