Xəbər lenti

Rəşad Sadıqovdan alqışalayiq addım - FOTO
İdman13:08 17.01.2017

Rəşad Sadıqovdan alqışalayiq addım - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addım atıb.

Qaynarinfo.Az xəbər verir ki, Rəşad ATV kanalında yayımlanan "Bizimləsən” verilişində iştirak edən atası və anası tərəfindən atılmış bir uşağı sevindirib.

Böyrək xəstəliyindən əziyyət çəkən oğlan uşağı ötən verilişlərin birində Rəşad Sadıqovun fanatı olduğunu və onunla görüşmək istədiyini deyib.

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ”ın kapitanı isə bu gün "Bizimləsən” verilişi ilə əlaqə saxlayıb. Canl efirə qoşulan Sadıqov azyaşlıya dəstək olub və Bakıya qayıtdıqdan sonra  - yanvarın 24-də onunla görüşəcəyini deyib.

Qaynarinfo.Az