Xəbər lenti

Rəşad Sadıqovdan "Qarabağ"ın qələbəsinə reaksiya
İdman06:19 16.09.2022

Rəşad Sadıqovdan "Qarabağ"ın qələbəsinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Bakıda Fransa "Nant"ına qalib gəldiyi UEFA Avropa Liqasının 2-ci tur oyunu ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, 40 yaşlı mütəxəssis şəxsi instaqram səhifəsində Ağdam klubunun baş mşqçisi Qurban Qurbanovla fotosunu paylaşaraq, bu sözləri yazıb:
"Hocam, bu qələbəyə çox ehtiyacımız var idi. Şəhidlər ölməz! Allah ordumuzu qorusun".
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış görüşdə "Nant"ı 3:0 hesabı məğlub edib.
Səbuhi Həsənov